Azərbaycanda məktəblərlə bağlı xəbərdarlıq - sentyabrın 8-nə kimi...

29 Avqust, 2017 09:36 | Sosial | Baxış sayı: 437
Məktəb
Məktəb

"Dərsliklərlə təminatda çətinliklər yaranarsa..."

Təhsil Nazirliyi yeni dərs ili ərəfəsində şagirdlərin və valideynlərə müraciət edib. 

Nazirlikdən İstiPress-ə verilən məlumata görə, 2017-2018-ci tədris ilində dövlət ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin istifadəsinə veriləcək dərsliklərin məktəblərə çatdırılması artıq yekunlaşıb. Tədris ili başlamazdan əvvəl dərsliklərin şagirdlərə paylanılması nəzərdə tutulur.

"Şagirdlərdən və onların valideynlərindən müvafiq dövlət ümumtəhsil məktəbinə sentyabrın 8-nə qədər müraciət edərək dərslikləri əldə etmələri xahiş olunur. Hansısa səbəbdən dərsliklərlə təminatda çətinliklər yaranarsa, bu barədə məktəb rəhbərliyinə məlumat verilməlidir".