Bu rayon və şəhərlərdə güclü külək əsib, yağış yağıb - SİYAHI

29 İyul, 2020 15:54 | Sosial | Baxış sayı: 59
Külək və yağış
Külək və yağış

Azərbaycanda müşahidə olunan faktiki hava ilə bağlı məlumat açıqlanıb.

İstiPress-ə Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Balakən, Şəki, Tərtər, Biləsuvar, Yardımlıda şimşək çaxıb, yağış yağıb.

Şimal-qərb küləyi arabir Naftalanda 34 m/s, Tərtərdə 27 m/s, Bərdədə 20 m/s, Xaçmaz, Ağdamda 18 m/s, Mingəçevirdə 16 m/s, Yevlaxda 15 m/s-dək güclənib.