Azərbaycanda daha 363 nəfər koronavirusa yoluxub, 622 nəfər sağalıb

29 İyul, 2020 17:33 | Sosial | Baxış sayı: 26
Koronavirusun müayinəsi
Koronavirusun müayinəsi

Azərbaycanda koronavirus infeksiyasına 363  yeni yoluxma faktı qeydə alınıb, 622 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

İstiPress-ə bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 31 221 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 24 495 nəfər müalicə olunaraq sağalıb, 438 nəfər vəfat edib, 6288 nəfər aktiv xəstə var. 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9817, ötən müddət ərzində isə ümumilikdə 708 632 test aparılıb.