Bu gündən "sarı zolaq"da sürmək olar

29 İyul, 2019 08:36 | Sosial | Baxış sayı: 33
Sarı xətt
Sarı xətt

Bakıda yol qadağası bitdi

Bakının bəzi küçə və prospektlərində tətbiq edilən sarı zolaq qadağası götürülüb. İyulun 29-u saat 00:00-dan sürücülər sarı zolaqlar üzrə hərəkət edə bilərlər.

"Bakı-2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar olaraq iyulun 20-dən Bakının bəzi küçə və prospektlərində sarı zolaq qadağası qoyulmuşdu.

XV Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-də başlayıb və iyulun 27-də başa çatıb.