İranın Azərbaycan əyalətləri COVID-19-a görə qırmızı bölgə elan olundu

29 İyun, 2020 14:58 | Sosial | Baxış sayı: 91
Koronavirus İranda
Koronavirus İranda

İranda son sutkada daha 2 536 nəfər koronavirusa yoluxub.

İstiPress “Mehr” agentliyinə istinadn xəbər verir ki, bunu ölkənin Səhiyyə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sədət Lari bildirib.

Onun sözlərinə görə, son sutkada 162 nəfər koronavirusun qurbanı olub. Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 10 670, yoluxanların sayı isə 225 205 nəfərə yüksəlib. 186 180 pasiyentin sağaldığı bildirilib.

Səhiyyə Nazirliyi ölkənin Xuzistan, Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Hürmüzqan, Kürdüstan, Buşehr, Rezavi Xorasan və Kirmanşah əyalətlərinin qırmızı bölgə olduğunu elan edib

Əhalinin sıx olduğu bütün qırmızı bölgələrdə insanlar iyulun 5-dən iyulun 21-dək maska taxmalıdırlar. Bildirilib ki, ehtiyac olarsa karantin müddəti uzadıla bilər.