Deputatlar da tıxacda qaldı

29 İyun, 2018 14:35 | Sosial | Baxış sayı: 110
Tıxac
Tıxac

"O yolda çat yox idi"

Bakı-Sumqayıt yolunda başlayan təmirlə əlaqədar yaranan uzun tıxaclar Milli Məclisin növbədənkənar sessiyasınında gündəminə düşüb. Deputatlar yolda aparılan təmiri müzakirə ediblər. Deputat Fəzail Ağamalı deyib ki, hazırda təmir gedən yol 4 il öncə çəkilib: “Deyirlər ki, orada çatlar var. Tam məsuliyyətimlə deyirəm ki, o yolda çat yox idi. Hər gün o yoldan istifadə edirəm. Orada təmir işlərinin getməsi insanları narahat edir”.

O, Naxçıvanda yolların təmiri, qorunması və saxlanmasını nümunə gətirib, Bakıda yollarda iş görülən zaman əhaliyə narahatlıq yarandığını bildirib.

Binəqədi rayonunun Sulutəpə qəsəbəsində yaşadığını deyən Oqtay Əsədov da bu əziyyətləri çəkdiyini, yollarla bağlı ciddi problem olmadığını deyib. Onun sözlərinə görə, əsas problem yol kənarındakı evlərdir. "O yollar genişləndirilməlidir, bunun üçün də yol kənarındakı bəzi evlər sökülməlidir".