Dünyanın ən yaşlı kişisi vəfat etdi

29 May, 2020 15:37 | Sosial | Baxış sayı: 51
Robert Ueyton
Robert Ueyton

Ölümünə xərçəng xəstəliyi səbəb olub

Dünyanın ən uzunömürlü kişisi Robert Ueyton 112 yaşında vəfat edib.

İstiPress-in məlumatına görə, bu barədə “Sun” qəzeti yazıb. 

Qəzetin məlumatına görə Böyük Britaniyadan olan Robertin üç uşağı, 10 nəvəsi və 25 nəticəsi var imiş.

Onun ölümünə xərçəng xəstəliyi səbəb olub.

Qeyd edək ki, dünyanın ən yaşlı qadınının isə 117 yaşı var. O, Yaponiyada yaşayır.