Avtobuslarda və dayanacaqlarda maskadan istifadə məcburi oldu

29 May, 2020 16:38 | Sosial | Baxış sayı: 66

Azərbaycanda avtobus, taksi, metro, dəmiryolu nəqliyyatında, dayanacaqlarda və növbələrdə maskadan istifadə məcburi oldu. 

İstiPress-in məlumatına görı, bu barədə Baş Nazir Əli Əsədovun xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə verdiyi qərarda bildirilir. 

Qərara əsasən, ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə qoruyucu tibbi maskaların taxılması məcburidir. 

Qərar şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.) də keçərlidir.