Nazirlik məktəblilərin yay tətilinin ləğvi məsələsinə aydınlıq gətirdi

29 Mart, 2020 13:36 | Sosial | Baxış sayı: 1444
Təhsil Nazirliyi
Təhsil Nazirliyi

“Hər şey vəziyyətin gedişatından asılıdır”

“Düşünmürəm ki, məktəblilərin yay tətili tamamilə ləğv olunsun”.

İstiPress-in  məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

Nazirlik rəsmisi qeyd edib ki, amma indidən bu barədə dəqiq fikir söyləmək mümkün deyil: “Hər şey vəziyyətin gedişatından asılıdır”.

Qeyd edək ki, koronavirus təhlükəsi ilə əlaqədar martın 3-dən etibarən Azərbaycanın bütün təhsil müəssisələrində tədris dayandırılıb və tətil aprelin 20-dək davam edəcək.