Bakıda apteklərdə maska qıtlığı yaşanır - VİDEOREPORTAJ

29 Mart, 2020 12:09 | Sosial | Baxış sayı: 134

2-3 gündən bir 50 ədəd maska verilir və hamısı dərhal satılır

Koronavirusun yayılması ilə əlaqədar Bakı sakinləri arasında qoruyucu maskalara tələbat gündən-günə artır. Nəticədə paytaxtda apteklərdə maska qıtlığı yaşanır.

İstiPress-in məlumatına görə, bu, “Report”un Bakıda yerləşən bir neçə aptekdə apardığı araşdırmadan məlum olub.

Əczaçılar sorğumuza cavab olaraq satışda maska qalmadığını bildiriblər. Məlum olub ki, bəzi apteklərə günaşırı, bəzilərinə isə 2-3 gündən bir 50 ədəd maska verilir və hamısı dərhal satılır.