QMİ-dən Ümrə ziyarətinin dayandırılmasına reaksiya

29 Fevral, 2020 12:19 | Sosial | Baxış sayı: 102
ümrə ziyarəti
ümrə ziyarəti

Qərarda ilk öncə zəvvarların sağlamlığı nəzərə alınıb

Azərbayacan Ümrə ziyarətinin dayandırlması qərarını dəstəklədi. Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri qurumu bu barədə şəxsən məlumatlandırıb.

"Qafqaz Müsəlmanları İdarəsi məsələyə münasibət bildirərək, ilk növbədə zəvvarların sağlamlığını nəzərə alan həmin qərarı bəyəndiyini və tam dəstəklədiyini bəyan edib".

Xatırladaq ki,  Səudiyyə Ərəbistanı Krallığı dünyada yayılmağa davam edən koronavirus təhlükəsini nəzərə alaraq Ümrə ziyarətlərini müvəqqəti olaraq dayandırıb.