Universitetlərə ballar belə hesablanacaq CƏDVƏL

29 Yanvar, 2020 11:43 | Sosial | Baxış sayı: 262
İmtahan
İmtahan

Qayda ötən il olduğu kimi saxlanılıb

I,II,III və IV ixtisas qrupları üzrə qəbul və buraxılış imtahanlarında balların hesablanma qaydası açıqlanıb.

Balların hesablanma qaydası ötən ilki kimi saxlanılıb və heç bir dəyişiklik edilməsi nəzərdə tutulmayıb.

Cədvəldən göründüyü kimi, abituriyentlərə hər fənn üzrə 30 tapşırıq (ümumilikdə 90 tapşırıq) təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidir. Açıq tipli tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan tapşırıqlardır.

Digər açıq tipli tapşırıqlar uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır. Situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan açıq tipli tapşırıqlar 0, 1 və ya 2 balla, digər açıq və qapalı tipli tapşırıqlar isə 0 və ya 1 balla qiymətləndirilirlər.

Abituriyentin qəbul imtahanı üzrə ümumi balı hesablanarkən hər bir fənn üzrə topladığı nisbi ballar cədvəldə verilmiş müvafiq çəki əmsallarına vurulmaqla cəmlənir.

Maksimal bal -300
Maksimal bal -300

İmtahan bir mərhələdə keçirilir, şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə onlara ümumilikdə 85 tapşırıq təqdim edilir.