Ermənistanda koronaviris təhlükəsi

29 Yanvar, 2020 15:59 | Sosial | Baxış sayı: 141

İki Çin vətəndaşı təcrid olunub

Hazırda Ermənistanda olan iki Çin vətəndaşı koronaviris təhlükəsi üzündən təcrid olunmuş vəziyyətdədir.

İstiPress-in məlumatına görə, onlardan biri yüksək qızdırma səbəbindən müayinə olunur. Təcrid olunmuş çinlilərin Gürcüstan sərhədini keçməsinə icazə verilməyib.

"Onlardan birinin temperaturu 37 dərəcəyə çatıb. O, rentgen müayinəsindən keçib. Təhlükəsizlik baxımından onlar təcrid olunublar”, - deyə Ermənistan Səhiyyə Nazirliyinin nümayəndəsi Liana Torosyan bildirib.

Onun sözlərinə görə, çinlilər iki həftə Gürcüstanda qalıb, sonra Yerevana gəliblər.