Azyaşlı azərbaycanlı qız gəlin köçdüyü evdə öldü - FOTO

29 Yanvar, 2020 15:44 | Sosial | Baxış sayı: 161
Nikah
Nikah

Meyit daxili müayinə üçün ekspertizaya verilib

Masallı rayonunda azyaşlı qız gəlin köçdüyü evdə ölüb.

İstiPress-in məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib. Rayonun Həsənli kənd sakini olan yetkinlik yaşına çatmayan qız iki həftə öncə Xoşçobanlı kəndindən olan oğlanla evləndirilib.

Onlar üçün təmtəraqlı toy məclisi də qurulub. Hazırda qızın meyiti daxili müayinə üçün ekspertizaya verilib.

Masallı rayon prokurorluğundan "Qafqazinfo"ya məlumatı təsdiqləyiblər. Bildirilib ki, hazırda faktla bağlı araşdırmalar aparılır.