Sabahdan 5 günlük tətil başlayır

28 Dekabr, 2018 09:06 | Sosial | Baxış sayı: 113
Yeni il təqvimi
Yeni il təqvimi

Yeni il və Həmrəylik günü münasibəti ilə yanvarın 3-dək iş yoxdur

Sabahdan Azərbaycanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar tətil günləri baaşlayır. bayramlarla əlaqədar ölkədə beş gün iş olmayacaq. 

Dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 2019-cu ilin yanvarın 1 və 2-si isə Yeni il bayramı münasibətilə qeyri-iş günüdür.

Dekabrın 29-u şənbə, 30-u isə bazar gününə təsadüf edir. Bunun üşün də ölkədə ardıcıl olaraq 5 gün – 29 dekabrdan yanvarın 3-dək iş olmayacaq. 

Yeni ilin ilk iş günü yanvarın 3-dür.