Azərbaycanın bu rayonları ağ qara büründü FOTOLAR

28 Dekabr, 2018 10:40 | Sosial | Baxış sayı: 809
Qarlı hava
Qarlı hava

Qarın hündürlüyü 10 sm-ə çatıb

Əvvəlcədən xəbərdarlıq edildiyi kimi ötən gün axşam saatlarından etibarən ölkə ərazisində əsl qış havası müşahidə edilməyə başlayıb. İstiPresas-in Şimal bürosunun məlumatına görə, bölgə yenidən ağ qara bürünüb. Quba və Qusara rayon mərkəzləri də daxil olmaqla qar yağıb.  

Quba ərazi hidrometerologiya müəssisəsindən verilən məlumata görə, bu gecə ən çox qar Qrız məntəqəsinə yağıb - 10 sm. Qusara yağan qarın hündürlüyü isə 7 sm-ə çatıb. Xınalıq sakinlərinin verdikləri məlumata görə, kəndə 10 sm-ə qədər qar düşüb.

Ən çox şaxta da -8 dərəcə olmaqla Qrız kəndində müşahidə olunub.

 Hələlik qar regionda heç bir problem yaratmayıb. Yağıntı davam edir.