Gənc qadın dəm qazından zəhərləndi

28 Noyabr, 2019 16:55 | Sosial | Baxış sayı: 124
Dəm qazından boğulma
Dəm qazından boğulma

Müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir

Qubada gənc qadın dəm qazından zəhərlənib.

İstiPress-in şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Alpan kəndində baş verib. 28 yaşlı Xəyalə Allahverdiyeva dəm qazı zəhərlənməsi diaqnozu ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.