Fındıq festivalı başlayır

28 Sentyabr, 2019 11:34 | Sosial | Baxış sayı: 51
Fındıq
Fındıq

Festival Zaqatalada olacaq

Bu gün Zaqatala rayonunda II Beynəlxalq fındıq, qoz, şabalıd festivalı işə başlayır.  Zaqatala RİH-in təşkilatçılığı, Mədəniyyət və Kənd Təsərrüfatı nazirliklərinin, Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin dəstəyi ilə keçirilən festivalda əsas məqsəd ölkəmizin, eləcə də Zaqatala rayonunun iqtisadi, mədəni və turizm potensialını daha geniş nümayiş etdirməkdir.

Festivalın rəsmi açılış mərasimi Zaqatala şəhərindəki “Dədə Qorqud” meydanında baş tutacaq. Festival iştirakçıları fındıq, qoz və şabalıddan hazırlanmış əl işləri, rəsm və tətbiqi sənət nümunələrindən ibarət sərgilərə baxacaq, fındıq emalı və ixracı ilə məşğul olan müəssisələrin istehsal etdiyi məhsullarla tanış olacaqlar.

Yarmarkada fındıq, qoz və şabalıdın müxtəlif növləri nümayiş olunacaq. Həmçinin, müsabiqələr də keçiriləcək, qaliblər mükafatlandırılacaq.