Bakıda 6 avtobusun yolu dəyişir SİYAHI

28 Sentyabr, 2019 09:20 | Sosial | Baxış sayı: 299
Avtobus
Avtobus

Dəyişikliyə səbəb yollardakı təmirdir

Bakıda 61, 67, 83, 85, 92 və 135 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət istiqamətləri dəyişdiriləcək. 

Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Qurumun açıqlamasında qeyd edilir ki, dəyişiklik aparılan təmir işləri ilə əlaqədardır. 61, 67, 83, 85, 92 və 135 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların Asif Məhərrəmov küçəsinin Ceyhun Səlimov küçəsi ilə kəsişməsindən (3-cü mikrorayon dairəsi) 20 Yanvar küçəsi ilə kəsişməsinədək hərəkət istiqaməti dəyişdiriləcək. Avtobusların hərəkəti digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçələrdən təşkil ediləcək.