Ali məktəblərdə dərslər hansı qaydada başlayacaq? - RƏSMİ

28 Avqust, 2020 10:59 | Sosial | Baxış sayı: 152

Ali məktəblərdə təhsil sentyabrın 15-dən distant qaydada başlayacaq.

İstiPress-in məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, 1-ci kurs tələbələri tanışlıq məqsədilə ali məktəblərə gələ biləcəklər. Nazirin sözlərinə görə, 15 oktyabr tarixindən isə ali məktəblərdə bəzi ixtisaslar üzrə, məsələn, tibb, mühəndislik və s. əyani təhsil üzrə tədris başlayacaq.

Nazir qeyd edib ki, proses noyabrın 2-ə qədər bu cür davam edəcək və ondan sonra epidemioloji vəziyyət nəzərə alınaraq qərar qəbul ediləcək: "Əgər vəziyyət imkan versə, ənənəvi təhsil formasına keçiləcək, əgər imkan verməsə, distant təhsil davam edəcək".