Məktəbli qızı cərəyan vurub öldürdü

28 Avqust, 2019 19:25 | Sosial | Baxış sayı: 108
Elektrik cərəyanı
Elektrik cərəyanı

Evdə elektrik avadanlığı ilə ehtiyatsız davranıb

Neftçala rayonunda 15 yaşlı qızı elektrik cərəyanı vuraraq öldürüb.

İstiPress-in məlumatına görə, hadisə rayonun Boyat kəndində qeydə alınıb. 

Belə ki, kənd sakini, 2004-cü il təvəllüdlü Mirzəyeva Zərifə Mahir qızını yaşadığı evdə elektrik avadanlığı ilə ehtiyatsız davranması səbəbindən cərəyan vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.