Məktəbəqədər qrupa uşağı olanların ən çox verdiyi suallar VİDEOTƏLİMAT

28 Avqust, 2019 11:08 | Sosial | Baxış sayı: 67
Məktəbəqədər qrup
Məktəbəqədər qrup

Təhsila Nazirliyi hamını maraqlandıran suallara cavab verib

Təhsil Nazirliyi avqustun 26-da qəbul başlayan məktəbəhazırlıq qrupları ilə bağlı ən çox verilən suallara cavab verib. Sual-cavab videotəlimat formatında nazirliyin saytında yerləşdirilib.

Burada valideynlər məktəbəhazırlıq qruplarına uşaqların elektron sənəd qəbulu həyata keçirilən rayon və şəhərlərdə ərazi prinsipinin tətbiqi gözlənilirmi?, uşaqların qəbulu üçün hara və hansı sənədlərin təqdim edilməsi tələb olunur? valideyn məktəb seçdikdən sonra fikrini (seçimini) dəyişə bilərmi? kimi suallara cavab tapacaqlar. 

Xatırladaq ki, məktəbəhazırlıq qruplarına sənəd qəbulu avqustun 26-dan başlayaraq sentyabrın 25-dək davam edəcək. Elektron ərizəsi qeydiyyata alınan şəxslər sentyabrın 2-dən 27-dək sənədlərini qəbul olunduqları məktəbə təqdim etməlidirlər. Qruplara şagird qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçiriləcək. Məktəbəhazırlıq qruplarına təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan və bu il 5 yaşı tamam olan (2014-cü il təvəllüdlü) uşaqlar qəbul edilir.