Ermənistanda məktəblər bağlanır, müəllimlər qovulur

28 Avqust, 2017 10:34 | Sosial | Baxış sayı: 88
Məktəb
Məktəb

Təhsil uçuruma doğru gedir

Ermənistanda məktəblər bağlanır. Bu yaxınlarda Gümrü şəhərində yerləşən 3 saylı məktəbin bağlanmasına qərar verib.

2016-2017-ci tədris ilində məktəbdə cəmi 141 şagird olub və onlara 40-a yaxın müəllim dərs keçib. Yəni, bir müəllimə üç şagird düşüb. Məktəbin direktoru Karen Darbinyan “Sputnik Armeniya” portalına bildirib ki, il ərzində məktəbdə şagirdlərin sayı 56 nəfər azalaraq 85-ə düşüb. Azalmaya səbəb məzunlarla yanaşı, aşağı sinif şagirdlərinin də məktəbi tərk etməsi olub. Birinci sinfə isə şagird tapmaq mümkün olmayıb.

Sentyabrın 1-dən 14 məktəb birləşdiriləcək.

Bu da təbii ki, əhalinin Gümrünü və ümumiyyətlə Ermənistanı tərk etməsi ilə bağlıdır. Karen Darbinyan bunun ardınca Gümrünün digər məktəblərinin də bağlanacağını bildirib.

Dövlətin etinadsızlığı nəticəsində onlarla belə məktəb bağlanıb. Məsələ bundadır ki, Ermənistanı tərk edənlərin sayı ildən-ilə artır. 

Hakim Respublika Partiyasını təmsil edən deputat Samvel Farmanyan da bildirib ki, ölkədən hər il 20-30 min adam köçür. Köçdə əsas rolu Qarabağ münaqişəsi və ondan doğan sosial problemlər oynayır.

Ölkədən qaçan vətəndaşlar isə işsizlik problemini əsas göstərirlər. 2008-ci ildən bəri 400 mindən çox  əhali ölkəni bir dəfəlik tərk edib.