Altı yaşlı qız suda boğuldu

28 İyul, 2020 16:32 | Sosial | Baxış sayı: 43
Taxtakörpü - Ceyranbatan kanalı
Taxtakörpü - Ceyranbatan kanalı

Azərbaycanda 6 yaşlı qız suda boğuldu.

İstiPress-in şimal bürosunun məlumatına görə, bədbəxt hadisə Siyəzənin Beşdam kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 6 yaşlı Mülayim Dövlət qızı Muradova qardaşı və xalası qızı ilə kənddən 2 km aralıda yerləşən kanalın -Taxtakörpü-Ceyranbatan su kanalının yaxınlığına gedib. Bu zamaq ayaqları palçığa batan Mülayim kanalın kənarında ayaqlarını yuyarkən sürüşüb və suya düşüb.

Uşaqlar dərhal ailəyə xəbər verib. Rəsmi qurumlar məlumatlandırılıb. Hadisə yerinə Siyəzən rayon polis şöbəsinin və prokurorluğunun əməkdaşları gəlib. Altı yaşlı qızın meyiti FHN-nin dalğıc qrupu tərəfindən çıxarılıb.

Siyəzən prokurorluğunda araşdırma başlanılıb.