“Sarı zolaq” ləğv edildi

28 İyul, 2019 10:49 | Sosial | Baxış sayı: 132

“Baku 2019” Avropa Gənclərinin Olimpiya Festivalının Bakıda keçirilməsi ilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərində sarı xətlərlə nişanlanmış xüsusi zolaqlarda tətbiq olunmuş qadağa ləğv edilib.

İstiPress-ə bunu açıqlamasında Bakı şəhər BPİ DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, “Baku 2019” Avropa Gənclərinin Olimpiya Festivalı başa çatdığı üçün qadağa ləğv olunub.

Qeyd edək ki, daha öncə qadağanın iyulun 28-i gecə 24:00-da başa çatacağı açıqlanmışdı.