BDU-nun Dinşünaslıq fakültəsinə qəbul dayandırılıb

28 İyul, 2017 15:43 | Sosial | Baxış sayı: 114
Bakı Dövlət Universiteti
Bakı Dövlət Universiteti

Dinşünaslıq ixtisasına bakalavr səviyyəsi üzrə plan yeri ayrılmayıb

Bu il Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsinə tələbə qəbulu dayandırılmayıb.

İstiPress report-a istinadən xəbər verir ki, bu barədə BDU-nun Mətbuat və informasiya şöbəsindən məlumat verilib.

Qeyd olunub ki, fakültənin bakalavr və magistratura səviyyəsinin müvafiq ixtisaslarına qəbul davam edir.

2017/2018-ci tədris ilində BDU-nun İlahiyyat fakültəsinin Dinşünaslıq ixtisasına bakalavr səviyyəsi üzrə plan yeri ayrılmayıb. Lakin adıçəkilən ixtisas üzrə magistr pilləsinə qəbul olacaq.