Bakı sərnişin vağzalında ödənişsiz aksiya - FOTO

28 İyul, 2017 15:06 | Sosial | Baxış sayı: 139
Bakı sərnişin vağzalında ödənişsiz aksiya
Bakı sərnişin vağzalında ödənişsiz aksiya

100-ə yaxın vətəndaş faydalandı

Ümumdünya Hepatit Günü münasibətilə Referans Klinik Laboratoriya Mərkəzinin, LOR hospitalının və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin dəstəyi ilə, Bakı dəmir yolu vağzalında, könüllülük prinsipi əsasında, təmənnasız olaraq, Hepatit B və Hepatit C virusunun ekspress metodla təyini aparılıb.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən İstiPress-ə verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd əhalinin maariflənməsində və bu təhlükəli virusların ilkin müayinəsinin aparılmasında, bir səhiyyə qurumu olaraq, öz töhfəsini verməkdir.

Xatırladaq ki, 2010-cu ildə Ümumdünya Səhiyyə Təşkilatı və Dünya Hepatit Birliyi tərəfindən bütün dünyada insanların diqqətini hepatit xəstəliyinə yönəltmək məqsədilə, 28 iyul Ümumdünya Hepatit Günü elan olunub. Bu günün məhz iyulun 28-də qeyd olunması Hepatit B virusunu kəşf edən və ona qarşı birinci vaksini yaradan, bu nailiyyətinə görə Nobel mükafatı alan professor Barunch Blumberqin anadan olduğu tarixlə bağlıdır.

Aksiya çərçivəsində 100-ə yaxın vətəndaşda Hepatit B və Hepatit C virusunun ekspress metodla təyini aparılıb.