Sumqayıt yolundakı tıxacdan çıxış yolu tapıldı

28 İyun, 2018 12:55 | Sosial | Baxış sayı: 159
Yoda tıxac
Yoda tıxac

Vaqon sayı artırılır

Bakı-Sumqayıt yolunda aparılan təmir işləri ilə əlaqədar yaranan tıxcacdan çıxış yolu tapıldı. "Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərə müraciət edib. QSC-dən verilən məlumata görə, Bakı-Sumqayıt avtomobil yolunda təmir işləri ilə əlaqədar yollarda uzun tıxac yarandığından Bakı-Sumqayıt-Bakı istiqamətində  hərəkət edən elektrik qatarlarının xidmətindən istifadə edən sərnişinlərin sayı artıb.

Sərnişin sıxlığının tənzimlənməsi məqsədilə, Bakı-Sumqayıt avtomobil yolunda təmir işləri başa çatana kimi bu gündən (28 iyundan) etibarən Bakıdan 18:30-da, Sumqayıtdan saat 08:00-da yola düşən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarına əlavə heyət qoşularaq birləşdirilmiş halda ikiqruplu qatar kimi hərəkət edir.

Əgər əvvəl Bakı-Sumqayıt və əks istiqamətdə hər gün 6 vaqon hərəkət edirdisə, indi 8 vaqon hərəkət edir.