Xəzər sahilində böyük yanğın

28 Aprel, 2019 10:50 | Sosial | Baxış sayı: 214
Xəzər sahilində yanğın - Şabran
Xəzər sahilində yanğın - Şabran

FHN yanğını söndürməyə nail olub

Şabranda dəniz qırağı zolaqda güclü yanğın qeydə alınıb.

IstiPress-in şimal bürosunun məlumatına görə, axşam saatlarında Liman ovçuluq təsərrüfatının bataqlıq və qamışlıq ərazisində başlayan yanğın bir neçə saat davam edib.

Dərhal yanğın yerinə gələn FHN-nin Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi yol olmadığından hadisə yerinə yaxınlaşa bilməyib. Bataqlıq və qamışlıq ərazidəki yanğın genişləndiyindən yanğınsöndürənlər  yalnız  kənar hissədən alovu söndürməyə müvəffəq olublar.

Alovun qarşısı alınıb və yanğın söndürülüb. Qəfil başlayan yanğının başvermə səbəbi araşdırılır.