Məcburi köçkünlərin məskunlaşdığı bina yandı

28 Aprel, 2019 14:35 | Sosial | Baxış sayı: 72
Yanğın
Yanğın

Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb

Ağcabədi rayonunda yanğın baş verib.

İstiPress Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, ümumi sahəsi 600 m² olan (hər mərtəbəsi 300 m²) məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli binanın dam örtüyünün yanar konstruksiyaları 150 m² sahədə, 2-ci mərtəbəsində 3 otaq və dəhlizin yanar konstruksiyaları 50 m² sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.