Gürcü - Azərbaycan toqquşmasında Qarabağ izi

28 Aprel, 2019 14:55 | Sosial | Baxış sayı: 939
Keşikçidağ monastrı
Keşikçidağ monastrı

Ermənilər sevinc içindədir

Sosial şəbəkənin gürcü və azərbaycanlı üzvləri arasında başlamış Keşikçidağ monastrı mübahisəsi ermənilərlə və ermənipərəst rus KİV-lərində böyük sevinc oyadıb.

İstiPress-ini məlumatına görə, bəzi ermənipərəst ekspertlər iki ölkə arasında münaqişənin Türkiyədən qaynaqlandığını iddia edib, münaqişəyə daha geniş regional ölçü verməyə çalışıblar.

Məsələn, Rusiyada fəaliyyət göstərən ermənipərəst “Regnum” portalının ermənipərəst şərhçisi Stansilav Tarasov məsələyə həsr etdiyi məqaləsində iddia edib ki, bəs bura tarixən gürcü torpağı olub, sonradan çevrədə məskunlaşmış tərəkəmələr, yəni yarımköçəri azərbaycanlılar gürcü əhalinin regionu tərk etməsinə səbəb olub, amma xristian məbədi orada qalıb və həmişə gürcülərə məxsus olub.

Tarasov hətta Azərbaycanın bu məbədi Gürcüstanın təklif etdiyi başqa yaşayış məntəqəsi ilə dəyişməməsini Qarabağ münaqişəsi ilə bağlamağa çalışıb. O, iddia edir ki, Azərbaycan alban məbədi kimi təqdim etdiyi Keşikçidağ məbədinin gürcülərə vermiş olsa, Qarabağdakı alban məbədlərinin də ermənilərə məxsus olduğunu qəbul etməlidir.

Məbədin yaranma tarixi isə göstərir ki, əslində Tarasov kimilər ortaya atıqları bu mövqenin heç bir əsası yoxdur, sadəcə Qarabağ münaqişəsində öz xeyirlərinə istifadə etmək üçün onun  gücləndirilməsinə çalışırlar. Məsələ bunddır ki, gürcü əfsanəsinə görə, kompleksin əsasını qoymuş David ilk öncə Gürcüstanın paytaxtı Msextaya gəlsə də, onu qəbul etməyiblər və o, Gürcüstan  paytaxtını tərk edib və qonşu Albaniyaya üz tutub. Gürcülər bu məbədi yalnız Qurucu Davidin zamanında, yəni 12-ci əsrdə tanıyıblar. Onda da Keşikçidağ məbədi Borçalıda yaşayan xristian qıpçaqların dini ibladət yeri olub. Qıpçaqların vaxtılə xristian olması sirr deyil. Sonradan qıpçaqlar Şəmsəddin Eldənizin vasitəsi ilə İslama keçiblər və məbəddəki yazıların yunan, gürcü və ərəb əlifbası ilə yazılması da bunun sübutudur. 

Əslində isə sosial şəbəkədə ermənilərin başlatdığı bu oyun Gürcüstan prezidenti Salome Zurabişviliyə qarşı yönəlib. Zurabişvili Gürcüstanın ilk prezidentidir ki, Qarabağ münaqişəsində açıq mətnlə Azərbaycanın xeyrinə danışıb. O, hətta İrəvanda erməni jurnalistlərin suallarına cavab verərkən işğalçı Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxmasını vacib sayıb. Onun bu açıq mövqeyi, görünür, İrəvanda və Moskvada bəzi dairələri qıcıqlandırıb və onlar Cənubi Qafqazın sözün həqiqi mənasında qardaş kimi davranan bu iki xalqını münaqişəyə sürükləməyə çalışırlar. Lakin bu, baş tumayacaq, çünki Gürcüstan - Azərbaycan münasibətləri 1990-cı illərin əvvəllərinin anarxiyasından üzü ağ çıxıb.