Bakıda yaşayış binasında yanğın həyəcanı

28 Aprel, 2019 12:04 | Sosial | Baxış sayı: 59
FHN-nin yanğınsöndürənləri hadisə yerində
FHN-nin yanğınsöndürənləri hadisə yerində

Yanğınsöndürənlər tərəfindən 10 nəfər təhlükəsiz əraziyə təxliyə olunub

Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 900 m² olan üçmərtəbəli binanın 3-cü mərtəbəsinin pilləkən qəfəsində elektrik lövhəsi yanıb.

İstiPress Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Bina yanğından mühafizə olunub.

Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.