Bakıda hava xeyli istiləşəcək

28 Aprel, 2019 15:34 | Sosial | Baxış sayı: 120
Yaz havası
Yaz havası

Şimal-qərb küləyi cənub-şərq küləyi ilə əvəz olunacaq

Aprelin 29-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.

İstiPress Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-13°, gündüz 19-24°, Bakıda gecə 10-12°, gündüz 21-23° isti təşkil edəcək.

Rayonlarda hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-12°, gündüz 22-27°, dağlarda gecə 2-7°, gündüz 11-16° isti təşkil edəcək.