Bakı məktəbində seks və şantaj: direktor və iki müəllim işdən çıxarıldı

28 Aprel, 2018 16:49 | Sosial | Baxış sayı: 949
Məktəbdə seks qalmaqalı
Məktəbdə seks qalmaqalı

Bakı şəhəri üzrə Təhsil İdarəsi Hövsan qəsəbəsində yerləşən 281 saylı tam orta məktəbdə iki müəllimin və direktorun işdən azad edilməsi barədə rəsmi məlumat yayıb.

İstiPress-ə daxil olan məlumata əsasən, məktəblə bağlı aparılan araşdırma nəticəsində təhsil müəssisəsinin 2 nəfər pedaqoji işçisi "Müəllimlərin etik davranış qaydaları"nın tələblərini pozduğuna, məktəbin direktoru pedaqoji kollektivə rəhbərlik və nəzarət işində yol verdiyi nöqsanlara və ümumilikdə, vəzifə funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə, mövcud qanunvericiliyə uyğun olaraq tutduqları vəzifədən azad olunublar.

Bir neçə gün əvvəl yerli KİV-də həmin məktəbdə müəllimlərdən birinin qadın alveri ilə məşğul olması, sevgilisi ilə əlbir olaraq digər müəllimin seks görüntülərini çəkməsi və onu şantaj edərək dəfələrlə pulunu alması barədə xəbər dərc edilmişdi.

Məlumatda deyilirdi ki, 281 saylı orta məktəbdə işləyən müəllim S.H. qadın alverində və şantajda ittiham olunur. Belə ki, S.H. həmin məktəbdə riyaziyyat müəllimi kimi çalışan qadın X.R.-nın müxtəlif şəxslərlə cinsi əlaqədə olduğu zaman video görüntülərini çəkib.Daha sonra S.H. sevgilisi olan Zalovla (Zalovun da 2005-ci ildə həmin məktəbin məzunu olduğu iddia olunur-red.) əlbir olub X.R.-nı intim video görüntüləri ilə şantaj edərək pul tələb ediblər. İddia olunur ki, Zalovla S.H. X.R.-dan müxtəlif vaxtlarda ayrı-ayrı məbləğlərdə pul alıblar. Nəhayət X.R. tələb olunan pulunu verməyə imkanı çatmayıb və hüquq-mühafizə orqanlarına hadisə barədə məlumat verib. Nəticədə Zalovun həbs olunduğu deyilir. S.H.-nın isə 3 gün polis bölməsində saxlanıldıqdan sonra evə buraxıldığı iddia olunur.

Bu rüsvayçı hadisədən sonra məktəbin direktoru Gülşən Əliyeva tərəfindən həmin müəllimlər barəsində heç bir tədbir görülməyib. Bunun da səbəbi kimi direktorla S.H. arasında möhkəm dostluq əlaqələrinin olması göstərilir.  Məsələ ilə maraqlanan "faktor.az"  saytı daxil olmuş məsələni araşdırmaq məqsədi ilə 281 saylı orta məktəbin direktoru Gülşən Əliyevayla əlaqə saxlamışdı. Direktor qeyd etmişsi ki, hadisə ilə bağlı şayiələrdən xəbəri var, lakin əlində heç bir sübut olmadığı üçün ciddi tədbir həyata keçirmir: "Mənim əlimdə heç bir sübut yoxdur. Onların işi hazırda Bakı baş polis idarəsindədir, mən bildiyim qədəri ilə. Mən hazırda tədbirə gedirəm. Ona görə Səkinə müəllimlə danışa bilmədim. Lakin Xanım müəllimə ilə söhbət edə bildim. O da deyir ki, sizin əlinizdə fakt yoxdur. Əgər mən onları işdən azad etsəm, onlar özləri məni məhkəməyə verər ki, siz hansı əsasla bizə böhtan atıb, işdən çıxarırsınız. Mən onlara dedim ki, bu cür söz-söhbət eşidirəm. Bu hadisələr müəllim adına layiq deyil. Hər kəs xasiyyətimi bilir ki, mən bu cür hadisələr necə yanaşıram. Bu barədə heç bir rəsmi qurumdan mənə məlumat daxil olmayıb".

Bakı şəhəri üzrə Təhsil İdarəsinin apardığı yoxlama isə məktəbin müəllimləri arasında belə rüsvayçı əməllərin baş verdiyini təsdiqləyib. Nəticədə onları cəzalandırıblar.

“Bu hal da göstərir ki, nöqsan olan yerdə qəti tədbir görülür. Yəni, təhsili idarəetmə qurumları nöqsanı gizlətmir. Əksinə nöqsanların aradan qaldırılmasında ən çox maraqlı tərəf təhsili idarəetmə orqanlarıdır", - İdarə bildirir.