Rayon və şəhərlərarası maşınların hərəkəti tam dayandırılır

28 Mart, 2020 09:20 | Sosial | Baxış sayı: 272
Karantin rejimi
Karantin rejimi

Qadağa gecə saat 00:00-dan qüvvəyə minəcək

Martın 29-u gecə saat 00:00-dan etibarən  xüsusi karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılacaq.

Nazirlər Kabineti yanında Operativ Qərargahından verilən məlumata görə, sabahdan etibarən xüsusi karantin rejimi gücləndirilib.

Baki, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudları daxilində hərəkət sərbəstdir.