Ərdoğandan qəti qərar: Aya Sofya məscid olacaq

28 Mart, 2019 14:40 | Sosial | Baxış sayı: 123
Aya Sofiya məscidi
Aya Sofiya məscidi

"Kimsə bizə ağıl öyrətmək istəyir"

"Aya Sofya muzey kimi tanınmayacaq, məscid olaraq anılacaq".

İstiPress-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.  

O qeyd edib ki, bu adı muzeyə çevirmək yanlış qərar olub. "Bu artıq bizim millətimizin, İslam dünyanaının gözləntisidir. Millətimiz illərdir Aya Sofyanı məscid kimi görmək istəyir. Artıq bu addımı atmağın zamanı gəlib. Bu addımdan sonra o muzey statusundan çıxacaq.  Gələn turistlər Aya Sofyanı gəzib görəcəklər. Bununla bağlı bəzi fikirlərim var.

Kimsə bizə ağıl öyrətmək istəyir. Məscid-i Aksa ilə bağlı qərarda səsiniz çıxmır. İndi səsi çıxmayanlar durub bizə ağıl verməsinlər. İndi durub bizi hədəfimizdən geri döndərə bilməzlər".