Azərbaycanda 22 yaşlı ana doğuş zamanı öldü

28 Mart, 2019 18:34 | Sosial | Baxış sayı: 337
Gülnaz Abdullayeva
Gülnaz Abdullayeva

Anasını itirən körpə Bakıya gətirilib

Neftçalada doğuş zamanı 22 yaşlı anası dünyasını dəyişən körpə oğlan Bakı şəhərinə gətirilərək, Respublika Pediatriya İnstituna yerləşdirilib.

İstiPress-in "virtualaz.org"un Şirvan bürosun istinadən məlumatına görə, 22 yaşlı Neftçala şəhər sakini Gülnaz Elxan qızı Abdullayeva Neftçala Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində doğuşdan sonra dünyasını dəyişib. Onun dünyaya gətirdiyi körpə oğlan uşağı isə sağ qalıb.

İlk və tam hamiləlik dövründə xəstəxanaya gətirmiş ananın hansı səbəbdən həyatını itirdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.