Azərbaycanda 6 yeni xəstəxana tikilir

28 Mart, 2018 09:48 | Sosial | Baxış sayı: 199
Prezident Bona Dea Beynəlxalq Hospitalının açılışında
Prezident Bona Dea Beynəlxalq Hospitalının açılışında

Xəstəxanalar müxtəlif şəhərlərdə yerləşəcək

"Təkcə bu il altı şəhərdə yeni xəstəxana tikiləcək. Beləliklə, Azərbaycanın hər bir şəhərində ən yüksək tibbi şərait yaradılır. Altı yüzdən çox xəstəxananın, tibb müəssisəsinin yaradılması, əlbəttə ki, böyük vəsait tələb edir. Azərbaycan dövləti bu vəsaiti ayırır". İstiPress-in məlumatına görə, bunu Nizami rayonu ərazisində Bona Dea Beynəlxalq Hospitalının açılışında iştirak edən prezident İlham Əliyev deyib.

O, qeyd edib ki, səhiyyə sisteminin təkmilləşdirilməsi prioritet məsələdir. Çünki insan sağlamlığı hər bir cəmiyyət, hər bir dövlət üçün əsas məsələdir. Son illər ərzində görülmüş işlər nəticəsində insanların ömrünün uzunluğu artır və bu, gözəl göstəricidir. "Bu gün Azərbaycanda istənilən xəstəlik müalicə oluna və onun diaqnostikası aparıla bilər. Yəni, diaqnostik müayinə, müalicə - bütün bunlar kompleks şəkildə təmin edilir. Bir neçə ildir ki, Azərbaycanda dövlət tərəfindən pulsuz tibbi müayinə həyata keçirilir. Hər il beş milyon Azərbaycan vətəndaşı bu xidmətdən istifadə edir. Bir neçə il bundan əvvəl mənim təşəbbüsümlə bu məsələ öz həllini tapmağa başlayıb". 

Bona Dea Beynəlxalq Hospitalı
Bona Dea Beynəlxalq Hospitalı
Xəstəxana
Xəstəxana
Bona Dea Beynəlxalq Hospitalı
Bona Dea Beynəlxalq Hospitalı