İranlı futbolçu qız koronavirusdan öldü

28 Fevral, 2020 15:50 | Sosial | Baxış sayı: 158
Elham Şeyxi
Elham Şeyxi

Dünyada koronavirusdan ölən ilk futbolçudur

23 yaşlı iranlı futbolçu qız Elham Şeyxi koronovirusa (COVİD - 19) yoluxaraq həyatını itirib.

İstiPress-in məlumatına görə, bu barədə Çinin beynəlxalq CGTN televiziyası məlumat yayıb. Bildirilir ki, idmançı on günə yaxın virusla mübarizə aparsa da, həyatını xilas etmək mümkün olmayıb. 

O, qadın futzalçılardan ibarət İran millisinin üzvü olub. Həmçinin İsfahanın “Sepahan” klubunun  formasını geyinib.

E. Şeyxi dünyada koronavirusdan ölən ilk futbolçudur. Daha əvvəl isə İtaliyada futbolçunun bu virusa yoluxduğu bildirilirdi.

Qeyd edək ki, son məlumata əsasən, İranda koronavirusdan ölənlərin sayı 34-ə çatıb. İnfeksiya daşıyıcılarının sayı isə 388 nəfərdir. Eyni zamanda 73 nəfər koronavirusdan sağalıb.