ABŞ din fəalları Quba soyqırımı qurbanlarını yerində yad ediblər

28 Fevral, 2020 18:23 | Sosial | Baxış sayı: 217

Onlar dağ yəhudilərinin dini məbədində də olublar

ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının üzvləri bu gün Qubada olublar.

İstiPress-in şimal bürosunun məlumatıa görə, Komissiyanın sədr müavini Qeyl Mançinin də iştirak etdiyi nümayəndə heyətini Quba İH-də  başçı Ziyəddin Əliyev qəbul edib. Amerika din komissiyasının üzvlərinə tolerant Quba rayonu haqda geniş məlumat verilib. 

Onlara burada azərbaycanlılarla yanaşı, tatların, ləzgilərin, buduqluların, yəhudilərin və digər etnik azlıqların çox mehriban şəraitdə yaşadıqları, heç bir dini və milli ayrı-seçkiliyə məruz qalmadıqları barədə ətraflı bəhs edilib.

Sonra amerikalı din mütəxəssisləri dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı Qəsəbədə və 1918-ci ildə erməni vandalizmi nəticəsində vəhşicəsinə öldürülmsş dinc insanların xatirəsinə salınmış Quba Soyqırım Memorial Kompleksində olublar. Kompleksdə 1918-ci ildə  ermənilərin müsəlmanlara tutduğu qanlı divanın ağır nəticələri barədə amerikalı qonaqlara müfəssəl məlumat verilib.