Xristianların ən müqəddəs məbədi açıldı

28 Fevral, 2018 11:30 | Sosial | Baxış sayı: 105
Qüdsdə məbəd
Qüdsdə məbəd

Kilsə vergi borcuna görə bağlanmışdı

Qüdsdə yerləşən Xilaskarın zühuru məbədi 3 günlük aksiyalardan sonra yenidən fəaliyyətə başlayıb. Məbəd şəhər rəhbərliyinin vergi siyasətinə etiraz məqsədi ilə bağlanmışdı. Açılışda bir qrup zəvvar, jurnalistlər də iştirak ediblər. 

İsrail rəhbərliyi vergi borcu ilə yaranan narazılıqla bağlı danışıqlara hazır olduğunu elan etdikdən sonra məbəd qapılarını dindarların üzünə açıb. 

Məbəd bazar günü bağlanmışdı. Məlumata görə, Qüdsdəki ibadət ocaqlarının şəhər admnistrasiyasına borcu 185 milyon dollara çatıb. Kilsə rəhbərləri bələdiyyənin vergini ödəmək tələbinə əmək etməkdən imtina ediblər. 

Adıçəkilən məbəd dünya xristianlarının ən müqəddəs ibadət ocaqlarından biri hesab edilir. Məlumata görə, məbəd İsa Məsihin çarmıxa çəkildiyi, yenidən dirildiyi yerdə inşa edilib.