"Kitayski" virusun qurbanları 100-ü keçdi

28 Yanvar, 2020 08:50 | Sosial | Baxış sayı: 70
Koronovirus daşıyıcısı
Koronovirus daşıyıcısı

Bir sutkada 24 nəfər yeni virusdan ölüb

Çində koronavirusa yoluxanların və ölənlərin sayı artıb. Yerli mətbuatın məlumatına görə, artıq 106 nəfər virusun qurbanı olub. Virusa yoluxanların sayı 4515 nəfərə çatıb.

Bir sutka ərzində virusun mənbəyi hesabe dilən Xubey vilayətində 24 ölüm faktı qeydə alınıb. 1 291 yeni yoluxma olub. 

İnzibati ərazi vahidləri arasında xəstəliklərin sayı üzrə birinci yeri əvvəlki kimi Xubey (1423 yoluxma hadisəsi) və onun admnistrativ paytaxtı Uxan şəhəri tutur. 

Xatırladaq ki, Almaniyad da bu virusa yoluxma halı qeydə alınıb. BUnunla da irusun müşahidə edildiyi ölkələrin sayı yenidən artıb. Ağır fəsadlarla nəticələnn virus bundan öncə ABŞ, Rusiya, Abstraliya, Yaponiya, Cənubi Koreya, Hindistan da qeydə alınmışdı.