Komaya düşən qadın xəstəxanada öldü

27 Dekabr, 2017 14:38 | Sosial | Baxış sayı: 134
Meyit
Meyit

44 yaşlı şəkər xəstəsini xilas etmək mümkün olmayıb

Tovuz rayonunda komaya düşən şəkərli diabet xəstəsi dünyasını dəyişib.

İstiPress-in məlumatına görə, hadisə Tovuz rayon Mərkəzi Xəstəxanasında baş verib.

Rayonun Şıx Heybət kənd sakini, 1973-cü il təvəllüdlü Hüseynova Sahibə Cahad qızı yaşadığı evdə komaya düşüb. Komatoz vəziyyətdə xəstəxanaya gətirilən xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Qadın xəstəxanada dünyasını dəyişib.