Bakıda ermənipərəst müəllim işdən qovuldu - FOTO

27 Dekabr, 2017 17:40 | Sosial | Baxış sayı: 561
Məktəb
Məktəb

Azərbaycanla Ermənistan arasında sülh tərəfdarı olan və bunu dərs dediyi uşaqlar arasında təbliğ edərək iki ölkənin dost olmasını istəyən 220 saylı məktəbin ingilis dili müəllimi Rövşən Əzizov işdən azad edilib.

İstiPress-in məlumatına görə, bu barədə "axar.az"a bir müddətdir Ermənistanla Azərbaycan arasında dostluq və sülh tərəfdarı kimi xüsusi videolar hazırlamaqla gündəmə gələn R.Əzizov özü deyib. O bildirib ki, işdən çıxarılması ilə əlaqədar məktəbə pedoqoji şura çağırılmasını xahiş edib. Lakin onun xahişi nəzərə alınmayıb.

Qeyd edək ki, onun son addımı - azərbaycanlı şagirdə erməni milli paltarı geyindirərək, Bakıdakı erməni kilsəsinin önündən foto paylaşması sosial şəbəkədə ciddi etiraza səbəb olmuşdu.

 Rövşən Əzizov - 220 saylı məktəbin ermənipərəst ingilis dili müəllimi
Rövşən Əzizov - 220 saylı məktəbin ermənipərəst ingilis dili müəllimi