Allahşükür Paşazadənin qızı klinika açıb

27 Dekabr, 2017 13:03 | Sosial | Baxış sayı: 240
Şeyxulislam Allahşükür Paşazadə
Şeyxulislam Allahşükür Paşazadə

"Zəhra Clinic"in nizamnamə kapitalı 100 manatdır

Vergilər Nazirliyi "Zəhra Clinic" MMC-ni dövlət qeydiyyatına alıb. "Vergilər" qəzetinin xüsusi buraxılışında yer alan məlumata görə, MMC-nin nizamnamə kapitalı 100 manatdır.

Klinikanın qanuni təmsilçisi Paşazadə Vəfa Allahşükür qızıdır. MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Məmmədzadə küçəsi, ev 13, mənzil 111-dir.

Qeyd edək ki, Vəfa Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qızıdır. /APA/