Bakı-Xırdalan-Sumqayıt qatarı yenidən xəttə buraxılır

27 Noyabr, 2020 16:31 | Sosial | Baxış sayı: 30
Xırdalanda dəmir yolu körpüsü
Xırdalanda dəmir yolu körpüsü

Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsündə tikinti işləri yekunlaşıb.

İstiPress-ə bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

Məlumatda deyilir ki, artıq körpüdə təhlükəsizliklə bağlı zəruri sınaq tədbirləri görülür. Yaxın günlərdə Bakı-Xırdalan-Sumqayıt istiqamətində qatarların hərəkətinin bərpa edilməsi planlaşdırılır.