Ermənilərin oğurladığı Azərbaycan şairi

27 Noyabr, 2017 16:36 | Sosial | Baxış sayı: 1479
Axpat monastrının qapısı
Axpat monastrının qapısı

Düşmənlərin əlinə keçmiş dini ocaq

Sosial şəbəkədə Qərbi Azərbaycanda - Alaverdi şəhərinin 10 kilometrliyində yerləşən Axpat kəndindəki monastrın azərbaycanlıların əcdadları albanlara məxsusluğu barədə materiallar yayılmağa başlayıb.

İstiPress-in məlumatına görə, tanınmış tədqiqatçı alim Bəxtyar Tuncayın bir neçə il öncə qələmə aldığı məqaləyə əsaslanan materiallarda həm də 18-ci əsrin üç dildə - türk, erməni və gürcü dillərində  yaradan şairi Sayat Novanın milliyyətcə alban türkü, yəni azərbaycanlı olduğu vurğulanır. Bəxtiyar Tuncayın araşdırmasından görünür ki, Sayat Novanın Azərbaycan türkcəsində yazdığı və böyük əksəriyyəti çap olunmamış 115 şeirində onun milliyətcə türk (azərbaycanlı) olduğu vurğulanır. Müəllif bunu Sayat Novaya məxsus aşağıdakı misralarla isbatlayır:    

“Vəslinə eyledi ərk Sayat Nova,

Məcnuna, Fərhada görk Sayat Nova.

Aşıq Sayat Nova, Türk  Sayat Nova…”

Tədqiqatçılar Sayat Novanın ədəbi Azərbaycan türkcəsini çox gözəl bildiyini vurğulayırlar. Sirr deyil ki, onun ermənicə yazdığı 68 şeirin və gürcücə yazdığı 34 şeirin bədii səviyyəsi Azərbaycan türkcəsində yazdıqlarından daha aşağıdır. Hiss olunur ki, o, ilk öncə Azərbaycan türkcəsində təhsil alıb, daha sonra o biri iki dili öyrənib.

Bu da təsadüfi deyil, 1966-cı ildə sovetin siyasiləşdərilmiş türkofob tarixçiləri tərəfindən ermənilərə məxsusluğu yanlış olaraq qeyd edilmiş monastr əslində türklər tərəfindən tikilib və burada xristianlığın əsasları məhz türkcə öyrədilib. Təsadüfi deyil ki, 11-ci əsrdə tikilmiş üç kilsədən ibarət kompleksə daxil  Müqəddəs Nişan kilsəsinin cənub divarında alban knyazı Sadun Qutluqbuğanın portreti həkk olunub. Belə çıxır ki, ermənilər XIX əsrdə bu regiona gəldikdən sonra bölgədə Azərbaycan türklərinə məxsus kilsələrin xarabalıqlarını ələ keçirərək üzərindəki yazıları saxtalaşdırıblar, bəzən salamat qalmış mətnləri məhv edərək yerinə ermənicə saxta mətnlər, yaxud həmin müəlliflərin qədimdən ermənicəyə çevrilmiş tərcümələrini qoymağa çalışıblar.      

Axpat monastrı
Axpat monastrı

Monastrda həmçinin alban xristian ilahiyyatçısı Yovhannes Sarqavak də müəllimlik edib. Gəncədə doğulmuş Sarqavakın türk dilində saxlanmış moizələrindən belə görünür ki, həmin vaxtlar Qərbi Azərbaycanda və Gəncə-Qazax regionunda yerli xristian türklərin yəni albanların dili müsəlman türklərin təsiri altında müəyyən ərəb və fars təsirlərinə məruz qalsa da, heç cür erməni sözləri ilə qarışmayıb. Bu, həmin dövr regionda ermənilərin ümumiyyətlə yaşamadığını göstərir. Əks halda, daha qədimdən xristinalaşmış ermənilərin alban türkcəsinə müəyyən sözlərin keçməsi qaçılmaz idi.

Qeyd edək ki, alban türkcəsinin təmiz koloriti həmin regionda və Gürcüstanın Axalkalki rayonunda yaşayan, evdə türkcə, rəsmi dairələrdə isə ermənicə danışan frankların da leksikonunda qorunub. Sovet illərində Moskvanın diqtəsi ilə zorla erməni məktəblərinə göndərilən franklar çox qədimdən o regionda yaşayırlar və türkcə danışırlar. Erməniləor onların səlib yürüşçülərinin türkləşmiş törəmələri kimi təqdim etməyə çalışırlar.

16-cı əsrdə bölgəyə gəlmiş macar tarixçi Peçevi frankların keşişi ilə söhbət zamanı o, nə vaxtsa əfsanəvi Tria ölkəsindən gəldiklərini, dillərinin nədənsə türk dilinə çox bənzədiyini bildirib. Təsadüfi deyil ki, gürcülər indi frankların yaşadığı zonaya Trialeti deyirlər.

Böyük Britaniyanın qeyri-formal tarixçi dairələrində həmin franklar Troyadan çıxmış turların, konkret olaraq Troyalı Parisin törəmələri kimi törəmələri kimi təqdim edilirlər. Bu fikirlərin qaynağı hazırda Avropada rəsmi səviyyədə qadağan edilmiş “Merovinqlərin kitabı”dır. Həmin kitaba görə, turlar 3 min il öncə Troyadan qovulduqdan və 200 il Balkan yarımadasında yaşadıqdan sonra franklara, türklərə, prusslara, hunlara, kimmerlərə və saklara bölünərək dünyaya səpələniblər. Avropaya yerləşmiş franklar, həmçinin prruslar gerçək adı türkcə börü - canavar olan Parisin törəmələri sayılırlar, 14-cü əsrə kimi türkcə danışıblar, Orxon Yenisey əlifbasından istifadə ediblər, at əti yeyib, at südü içiblər. Bozqurd əfsanəsi də əslində Troyalı Parisin əfsanəsidir.

Qafqaz regionunda franklar Qərbi Azərbaycanla yanaşı başqa bölgələrdə də yaşayıblar, zaman-zaman assimlyasiya olunaraq başqa dillərə keçiblər. Məsələn, Dağıstanın Kubaçi kəndi frank mənşəli sayılır və dargincə danışır. İsmayıllı rayonunun Lahıc kəndinin sakinləri də altı firəng qardaşın törəmələridir və tatca danışırlar. Ümumiyyətlə, Qayqaz Albaniyasnını hakimləri Mehranilər - Varaz, Cavanşir və başqaları da firəng (pirank) nəslindən idilər, uzun illər İranda yaşasalar da, özlərini türk mənşəli sayırdılar. Firənglərin bir qolu qodmanlılardır və Masallının Qodman kəndindən yaşayan firənglər artıq talış dilinə keçiblər. Alban termini də firənglərə məxsusdur, qədim türk dilində şöhrətli mənasını verən alban sözü yalnız saka (yakut) dilində qorunub.

İlahiyyatçı Yovhannes Sarqavakın yazdığı mətnlər göstərir ki, xristian alban türklərinin çox inkişaf etmiş ədəbi dili olub. Həm də Qərbi Azərbaycan ləhcələrindəki kimi sağur nunun bol olduğu bu mətnlər müasir oxucular üçün də çox anlaqlıdır və rahatlıqla Azərbaycan nəsrinin əlimizə çatmış ilk nümunələri sayıla bilərlər:

Canım menim, zabun bolğan da yəsir etilgən şaytandan, nek yxlamassen tas bolganınqnı seninq? Xaysı umsa bilə tirəklənip bolupsen boş yaxşı əməldən? Ne etsərsen kləgəndə borclarınqnınq hesepin?

Oşta alnınqa turuptur tas bolmaxınq, xaysı ki, artпx xutulmassen anınq üçün ki, öcəştirdinq yaratucınqnı çax sonquğadeg da kləmədinq tanma yaxşı etücinqni seninq, yoxsa xarşı turdunq da arxa döndürdünq anqar xarşı, xaysı ki, sövür edi seni da klər edi seninq xutxarılmaxınqnı. Na hali kim sazgərlətkəy üçışməxin anınq

ya kim yalbarğay anınq haybatlı sürətin ki, barışkay birgənqə, zavallı da çarəsiz, necik keltirmədinq fikirinqə ululuxun haybatınınq anınq.

Ne üçün hörmətləmədinq xutxarılmaxnı berüci buyruxun anınq?

Ne səbəptən bulay klədinq tas bolmaxınqn seninq? Kim biy anqdırdı seni ki, baş tartkaysen Biyinqdən seninq?

Kim soymacladı haybatınqnı seninq yaxot kim miskinlətti seni ulu xocalıxlarınqdan? Kimgə biyənip çıxtınq atalıx xuçaxından da müşxülləttinq şahavatın anınq, xaysı ki sövər edi seni da klər edi ki, hər vaxt xatına bolgıy edinq anınq! Da sen heçkə berip anı, bardınq duşmanlarınqnınq artından. Oğul hörmətin tas ettinq da barabar boldunq duşmanlarına anпnq. Ol yaxşılıxlarnı, xaysıların ki aldınq andan, anınq ornuna yamanlıx bilə anı tölədinq. Na oşta bununq üçün teprəndi yarlıxamaxı anınq xışımğa da teşkirildi isi sövükü anınqkörəlməxsizlixkə, kötürülüptür xolu anınq urmaxka seni da xılıcı anınq itiləniptir, yaşnamax kibik, alma öçün duşmanlıxınqnпnq seninq. Da san edi ki, tek bu dünysda ögütləgiy edi, zera bilirmen ki, bunda zaman bilədir ögütü anınq, evet yetkincə almas anınq üsnə, zera anınq bilə tölənməs köplüxü aytovsuz yazıxlarınqnınq seninq. Oy-vay ulu acəmilikimə! Adam tarbiyatınınq yaşları dügüldürlər yetkincə yıxlama tas bolğanımnı menim! Zrgel boldum toy fərahliklərindən, keri tüştüm sanlı sövünclüklərdən da ari özdən saraydan, eksikliki artından cetninq eşiklər yapuldular. Da necik smit etkəymen zazmağa? Bolmağay ki işitilgəy manqa avaz, xulaxıma övrəncix bolğan, içkərtinki övdən, kləsə ki yarlıxovuçıdır. Bolmağay keri sürgəy meni kensindın necik törəsizlikni etücini yaxot buyrux etkəy baylap çıxarma da salma xalın xaranğuluxka. Oy-vay çarəsizliximə bununki acıxlı badmutiunnu işitməxkə, xaysı ki aytsar belindən kesip salma menqilik tirliktən da menqərmə ucsuz xıyınlarnı!… 

Çingiz Rüstəmov / İstiPress