Xaçmazda "Amerika-Azərbaycan" mərkəzi açılıb - FOTO, VİDEO

27 Sentyabr, 2017 13:48 | Sosial | Baxış sayı: 104
"Amerika-Azərbaycan" mərkəzi
"Amerika-Azərbaycan" mərkəzi

Yeni mərkəzdə müxtəlif kurslar təşkil olunacaq

Bu gün Amerikanın Azərbaycandakı səfiri Robert Sekuta Xaçmaz rayonuna səfər edib.

O, Xaçmaz şəhər mərkəzi kitabxanasında təşkil edilən "Amerika-Azərbaycan" mərkəzinin açılışına qatılıb. Onu səfərdə Xaçmaz icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev müşayiət edib. Bu kitabxanada 3 il əvvəl yaradılan "Amerika-Azərbaycan" mərkəzinin müqavilə müddəti bitdiyindən mərkəzin Xaçmazda fəaliyyət göstərməsinə ehtiyac yaranıb. Bir müddət əvvəl mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə Robert Sekuta bu barədə müqaviləyə yenidən imza atıblar.

Açılış zamanı Robert Sekuta bütün çıxışını Azərbaycan dilində edib, o, belə mərkəzlərin Amerika və Azərbaycan arasında dostluq əlaqələrinin genişlənməsinə mühüm xidmət göstərdiyini deyib.

Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayev Amerika-Azərbaycan mərkəzinin açılmasını 2 ölkə arasında dostluq körpüsü adlandırıb. Yeni mərkəzdə müxtəlif kurslar, 2 ölkə arasındakı dostluğu tərənnüm edən maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Səfərdə Robert Sekutanın xanımı da onunla olub.

Aytəkin Alxaslı/İstiPress-in şimal bürosu