Toyda kütləvi zəhərlənmə

27 Avqust, 2019 18:59 | Sosial | Baxış sayı: 52
Xəstəxana
Xəstəxana

21 nəfər xəstəxanalıq oldu

Şəkinin Çeşməli kəndində eyni toyda iştirak edən 21 nəfər mərasimdən sonra Şəki Mərkəzi Rayon Xəstəxanasına müraciət edib. Onların toyda zəhərləndikləri ehtimal edilir.

İstiPress-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, müraciət edənlərə ilkin tibbi yardım göstərilib, vəziyyətləri yaxşıdır. Onlarda dizbakterioz (bağırsaqda “yaxşı” mikroorqanizmlərin sayının kəskin şəkildə azalması və “pis” mikroorqanizmlərin sayının xeyli dərəcədə artması zamanı yaranan hal) aşkarlanıb. Xəstələr tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.