Tələbə adı qazananlara xəbərdarlıq

27 Avqust, 2019 09:53 | Sosial | Baxış sayı: 63
Tələbələr
Tələbələr

Bu gün saat 17:00-a kimi vaxtınız var

Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər 27 avqust saat 17:00‑dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. 

Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, abituriyentin təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

Xatırladaq ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qeydiyyatı isə sentyabrın 2-dək davam edəcək.